Şimali Koreya yetim uşaqları qul kimi işlədir

Şimali Koreyanın dövlət mədən və təsərrüfatlarında kimsəsiz uşaqlar könüllü olaraq çalışır.

Sozcu.az xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət agentliyi “KCNA” açıqlama verib.

Agentlik “gəncliyin zirvəsində, müdriklik və cəsarətlə dolu” yüzlərlə 13-19 yaşlı uşağın dövlət üçün maaşsız çalışdıqlarını bildirib.

Qeyd edək ki, insan haqları təşkilatları uzun müddətdir Şimali Koreyanı uşaqları işləməyə məcbur etməkdə günahlandırsa da, Şimali Koreya bu ittihamları qəbul etmir.

Facebook Comments