BMT TŞ Protaseviçin həbsinə görə bu gün toplanır

BMT Təhlükəsizlik Şurası mayın 26-da Belarusun “Ryaneyr” aviaşirkətinin təyyarəsinin endirməsi və müxalif jurnalist Roman Protaseviçi həbs etməsiylə bağlı qeyri-rəsmi və qapalı iclas keçirəcək.

Sozcu.az xəbər verir ki, bu məlumatı BMT-nin İnsan Haqları üzrə ali komissarının spikeri Rupert Kolvil deyib.

“Biz Roman Protaseviçin təhlükəsizliyindən qorxuruq və zəmanət almaq istəyirik ki, onunla insani davranırlar”, – deyə o bildirib.

Facebook Comments