UEFA “Real”, “Barselona” və “Yuventus”a intizam işi açdı

UEFA Avropa Superliqasından geri çəkilməyən 3 kluba qarşı intizam işi açıb.

Sozcu.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bunlar İspaniyanın “Real” və “Barselona”, İtaliyanın “Yuventus” klublarıdır.

Bu klubların UEFA-nın qanunvericilik bazasını pozduğu bildirilib. Bu səbəbdən onlar Çempionlar Lıqasından kənarlaşdırıla və cərimə oluna bilərlər.

Qeyd edək ki, aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa digər klubun turniri tərk etməsi ilə Avropa Superliqası fəaliyyətini dayandırıb.

Facebook Comments