“Lukaşenko öz davranışları ilə yalnız Belarus üçün yox, həm də özü üçün ciddi problemlər yaratmaqda davam edir” – Arif Hacılı

“Lukaşenko öz davranışları ilə yalnız Belarus üçün yox, həm də özü üçün ciddi problemlər yaratmaqda davam edir”.

Sozcu.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı qeyd edib ki, Belarus üzərindən uçan sərnişin təyyarəsinin Minck şəhərinə endirilməsi, jurnalist Roman Protaseviçin həbs olunması ilə dünya birliyi tərəfindən onsuz da tanınmayan legitimliyini tamamilə itirdi: “Hərbi güc tədbiq edilməklə endirilən təyyarənin sərnişinləri arasında ABŞ və digər güclü dövlətlərin vətəndaşlarının da olması Lukaşenkonun durumunu bir qədər də ağırlaşdırır. Bu hadisədən sonra Lukaşenko ilə bir dövlət rəhbəri kimi əməkdaşlıq, terrorçu rejimlə əməkdaşlıq kimi qiymətləndiriləcək. Lukaşenkonu birmənalı müafiə edən və zaman-zaman beynəlxalq izolyasiyadan çıxaran Azərbaycan hakimiyyəti yaranmış vəziyyəti dəyərləndirməli, Avropanın həm sonuncu, həm də sonu çox yaxında olan diktatoru ilə bağlı siyasətini dəyişdirməlidir”.

Facebook Comments