Lavrov Ankaranı təhdid etdi: Kiyevi yemləmə!

Bütün səviyyələrdə türkiyəli həmkarlarımıza məsləhət görürük ki, Ukrayna məsələsində situasiyanı analiz etsinlər və Kiyevin militarist əhval-ruhiyyəsini yemləməyi dayandırsınlar.

Sozcu.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Ukraynanın aqressiv təşəbbüslərinin Krıma qarşı genişlənməsi Rusiyanın ərazi bütövlüyünə müdaxiləyə bərabər olacaq. Ümid edirik ki, Ankaranın xətti bizim qanuni qayğılarımız nəzərə alınaraq, korrektə ediləcək”, – deyə o bildirib.

Facebook Comments