Azərbaycan Ordusuna “Hazır ol” tapşırığı verildi

Azərbaycan və Türkiyə ordusu antiterror əməliyyatının öyrənilməsi məqsədi ilə birgə təlim keçirib.

16-20 may tarixində antiterror əməliyyatı təlimləri keçirən Azərbaycan Ordusuna “hazır ol” tapşırığı verildi.

Təlim başa çatdıqdan dərhal sonra Türkiyə ilə eyni addımın atılmasının üç hədəfi var:

1. Azərbaycan razılaşmaların bütün şərtlərini güc yolu ilə icra edə biləcəyinin mesajını verir: bu, prosesi sürətləndirmək üçün tərəflərə təzyiq məqsədi daşıyır;

2. Prosesdə Türkiyə ilə birlikdə hərəkət etdiyini göstərir: bununla üçüncü ölkələrdən mümkün təzyiqləri neytrallaşdırır;

3. 20 mayda başa çatan təlimdən dərhal sonra türk ordusunun təcrübəsinin öyrənilməsi antiterror əməliyyatına son hazırlıq kimi qəbul edilə bilər.(axar.az)

Facebook Comments