AB-dən Rusiyanın “düşmən siyahısı”na reaksiya

Hesab edirik ki, Rusiyanın AB-yə qarşı dost olmayan fəaliyyətlərlə bağlı ittihamları əsassızdır.

Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

O, Moskvanı dost olmayan xarici dövlətlər siyahısına yenidən baxmağa çağırıb:

“Biz Rusiyanı münasibətlərin daha da pisləşməməsi üçün öz qərarını yenidən nəzərdən keçirməyə çağırırıq. AB tərəfdaşları ilə öz mövqeyini koordinasiya etməyə davam edəcək. Biz Çexiya, digər AB üzvləri və ABŞ-la tam həmrəy olduğumuzu ifadə edirik və Moskvanı Vyana konvensiyasına əməl etməyə çağırırıq”.

Qeyd edək ki, bundan öncə Rusiya dost olmayan ölkələr siyahısını dərc edib. Siyahıda Çexiya və ABŞ-ın adı yer alıb.

Facebook Comments