“Liverpul”un futbolçusu Sadio Mane baş məşqçisi Yurgen Kloppa etiraz edib.
Sozcu.az xəbər verir ki, seneqallı hücumçu Premyer Liqanın son turunda “Mançester Yunayted”lə görüşdən sonra Kloppun əlini sıxmayıb.
“Liverpul”un 4:2 hesabı ilə qalib gədliyi matç başa çatdıqda almaniyalı mütəxəssis bir-bir futbolçuları ilə görüşərək onları təbrik edib. O, Maneyə də əl uzadaraq təbrik etmək istəsə də, futbolçu başını bulayaraq Kloppun yanından keçib.
Qeyd edək ki, Klopp Maneni oyunun 74-cü dəqiqəsində meydana buraxıb, o isə heç nə ilə yadda qalmayıb.
Facebook Comments