Xocalıda Ağdamın Şelli kəndindən getmiş ermənilər üçün 80 ev tikiləcək?..

“İnşallah, xalqımızın, dövlətimizin ağlı, siyasəti, qeyrəti, təpəri sayəsində Qarabağdakı separatçı rejim də yox ediləcək və xain erməni planlarınin heç biri baş tutmayacaq…”

Yuxarı Qarabağda 7 mindən çox köçkün erməni ailəsinin yeni mənzilə ehtiyacı var.

Moderator.az xəbər verir ki, bu haqda “Sputnik Armeniya”ya müsahibəsində Xankəndindəki separatçı-terrorçu rejim tör-töküntülərinin “şəhərsalma naziri” sayılan Aram Sarkisyan ad-soyadlı adamabənzər məxluq söyləyib.

Separatçı məmurun sözlərinə görə, işin birinci mərhələsi köhnə və tərk edilmiş mənzil fondunun yenilənməsi, təmir işləri aparılması və həmin mənzillərin ehtiyacı olanlara verilməsi ilə əlaqəli olacaq. İkinci mərhələdə isə “Hayastan” ümumerməni fondunun köməyi ilə “İvanyan” adı verilmiş Xocalıda 180 mənzil (3 mərtəbəli binalar) tikiləcək. Ayrıca Ağdamın Şelli kəndindən köçmüş ermənilər üçün burada 80 fərdi ev tikilməsi nəzərdə tutulub.

“Tender artıq keçirilib. Tikintinin bir il ərzində başa çatdırılması planlaşdırılır”-deyə üzdəniraq “nazir” bildirib.

Bundan əlavə, A.Sarkisyan bir neçə il ərzində Xankəndində, eləcə də Xocalı və Xocavəndin Azərbaycan dövlətinin nəzarətində olmayan kəndlərinin ərazisində də köçkünlər üçün ümumilikdə 600-dən çox bina mənzili və həyət evlərinin tikilməsinin planlaşdırıldığını söyləyib.

P.S. İnşallah, xalqımızın, dövlətimizin ağlı, siyasəti, qeyrəti, təpəri sayəsində Qarabağdakı separatçı rejim də yox ediləcək və xain erməni planlarınin heç biri baş tutmayacaq…

Sultan Laçın

Facebook Comments