Polis Müsavatın aksiyasına imkan vermədi – Saxlanılanlar var

Müsavat Partiyasının fəalları Rusiyanın Bakıdakı səfirliyinin önündə Rus ordusunun Qarabağdan çıxması tələbi ilə piket keçirib.

Müsavat Partiyasının başqanı Arif Hcılının bildiriyinə görə, piket polis tərəfindən dağılıb, həbs olunanlar var.

“Müsavat üzvlərinin Rusiya səfirliyi qarşısında keçirmək istədiyi piket amansızlıqla dağıdılır.
Gülağa Aslanlı, Arzulla Bulud, Fəridə xanım və başqaları həbs edilib.
Həbslər davam edir.

Rusiyanın Azərbaycandakı işğalçı siyasətinə etiraz edənlərə qarşı xüsusi amansızlıq göstərilir.

Yüzlərlə polis Rusiya səfirliyini mühasirədə saxlayı”r.

Facebook Comments