Afinada qadın peyvənddən 14 saat sonra öldü

Yunanıstanın paytaxtı Afinada qadın koronavirus əleyhinə “AstraZeneka” vaksini vurdurduqdan 14 saat sonra ölüb.

Sozcu.az xəbər verir ki, ölənin yaxınları onun səhhətində heç bir problemin olmadığını bildiriblər. Əri deyib ki, həyat yoldaşı saat 12:00 radələrində peyvənd olunub. Axşam halı dəyişib, gecə isə ölüb.

Tibbi ekspertiza qadının ürək tutmasından vəfat etdiyini ehtimal edir. Hələlik qadının dəqiq ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, bu, Yunanıstanda vaksinasiyadan sonra ilk ölüm halı deyil. Ölkədə “Pfizer-BioNTeç”, “AstraZeneka”, “Moderna” və “Conson-Conson” vaksinlərindən istifadə olunur.

“AstraZeneka” peyvəndinin qanı qatılaşdırdığı, buna görə də bu vaksini vurduran insanlara qandurulducu preparat verilməsi gərəkdiyi haqda artıq bir müddətdir ki, həkimlər xəbərdarlıq edirlər.

Facebook Comments