“Elə ki, kimsə dövlət vəzifəsinə keçir, 3 aydan sonra gözü ayağının altını görmür”

Cümşüd Nuriyev: “Rüşvət və korrupsiya hər bir dövlətin inkişafı qarşısındakı ən böyük problemdir”

“Rüşvətə qarşı ən effektiv mübarizə rüşvət mexanizmin özünün ləğvindən keçir”.

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Cümşüd Nuriyev qeyd edib ki, rüşvət istənilən ölkədə inkişafın qarşısını alan ən başlıca problemdir:

“Məsələ ondadır ki, sadəcə adamları həbs etməklə rüşvət problemini həll etmək mükün deyil. Problemin həlli üçün rüşvət mezanixmi ləğv edilməli, ortadan qaldırılmalıdır. Bəzən kimisə milyon manatlıq rüşvətə, yeyintiyə görə həbs edirlər. Lakin həbs ediləndən sonra məlum olur ki, sən demə, bu yeyintinin miqyası bir deyil, bir neçə milyondur. Ümumiyyətlə, rüşvət və korrupsiya hər bir dövlətin inkişafı qarşısındakı ən böyük problemdir.

Elə ki, kimsə dövlət vəzifəsinə keçir, 3 ay sonra gözü ayağının altını görmür. Onların belə tez və sürətlə dəyişməsinə səbəb isə dövlət vəzifəsini varlanmaq vasitəsi kimi baxmasıdır. Bu baxışın, bu yanaşmanın dəyişməsinə ehtiyac var. Vacib olan məhz budur”.

Facebook Comments