Bakı-London-Bakı reysləri iyun ayından başlayacaq

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir.

AZAL-dan Sozcu.az-a verilən məlumata görə, bu tədbir qeyd edilən istiqamətdə uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədardır.

Daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulurdu.

Həmin reyslərə aviabiletlər alan sərnişinlər aviabiletləri başqa tarixə dəyişə və ya cərimə tətbiq edilmədən geri qaytara bilər.

Sərnişinlər aviabiletləri www.azal.az saytında onlayn alındığı təqdirdə [email protected] elektron poçtu vasitəsilə və yaxud aviabiletin alındığı kassaya müraciət etməklə əlaqə saxlaya bilərlər.

Facebook Comments