Rusiyanın ikili oyunu: “Azərbaycan təhdidlərə hazır olmalıdır”

“ABŞ-ın İranla başlatdığı nüvə danışıqları prosesində tərəflərin ortaq məxərcə gəlməsi mümükndür.

Çünki danışıqlar İranın ali dini rəhbəri Ayətüllah Seyid Əli Xamneyinin birbaşa razılığı ilə başlayıb. İran bu danışıqlara ehtiyac duyur və ağır sosial-iqtisadi vəziyyətədn çıxmaq üçün sanskiyaların yumuşalmasına çalışır”.

Bu fikirləri Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, hazırkı prosesdə İranla növbəti dəfə nüvə anılaşmasına Rusiya mane olmağa çalışır:

“Ona görə də İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Rusiya nüvə sazişinə qarşı çıxmaqla bağlı səs yazısı mətbuata məqsədli şəkildə ötürüldü. Məlum oldur ki, nüvə danışıqlarında təmsil olunan Rusiya üzdə anlaşmanı dəstəkləsə də, arxa fonda İrana təzyiq edir ki, anlaşmaya getməsin. Göründyü kimi, Rusiya masada bir təklif verir, arxa planda verdiyi təklifə qarşı çıxır. Rusiyanın beynəlxalq siyasətdə və tərəfdaşlarla izlədiyi siyasət bundan ibarətdir”.

Politoloq qeyd edib ki, Rusiyanın hazırkı siyasəti onun beynəlxaql tədriciə gətirəcək:

“ABŞ-la İran nüvə anlaşmasına gəldikdən sonra, Rusiyaya qarşı sanksiyalar daha da genişlələnəcək. Hətta, neft-qaz alışı dayandırla bilər. Əvəzində İrandan neft-qaz alınması mümkündür. Regionda çox ciddi gərgin proseslər gedir. Azərbaycan təhdidlərə hazır olmalı, Türkiyə ilə öz hərbi imkanlarını dərinləşdirməlidir”.(Cebhe.info)

Facebook Comments