Çavuşoğlu: “Bizə tarix dərsi verməyə çalışanların ASALA terroruna göz yummaları ikiüzlülükdür”

“Bizə tarix dərsi verməyə çalışanların ASALA terroruna göz yummaları tamamilə ikiüzlülükdür”.

Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bunun ən son nümunəsini ABŞ göstərib: “1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulunu şəhid edən erməni terrorçu Hampinq Sasunyan ötən ay sərbəst buraxılıb. Buna göz yumuldu. Amma biz əziz şəhidlərimizin xatirəsini daim yaşadacağıq”.

Facebook Comments