Nizami rayonunda piyadanı avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Yolu keçən 1971-ci il təvəllüdlü Əliyev Rəyasət Xanəhməd oğlunu avtomobil vurub. Ağır xəsarət alan 50 yaşlı kişi təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.report

Facebook Comments