Ermənilər Qubad İbadoğlunu hədələdi – FOTO

Ermənilər ABŞ-ın Rutgers Universitetinin müəllimi, ekspert Qubad İbadoğlunu hədələyiblər.

Sozcu.az-ın xəbərinə görə, bu barədə Q.İbadoğlu özü məlumat verib.

“ABŞ prezidenti Co Baydenin “Facebook” səhifəsində “erməni soyqırımı” ilə bağlı açıqlamasına yazdığım inkar şərhinə 2000-dən çox bəyənmə gəldiyini və reaksiyalar çoxaldığını görən qəzəbli ermənilər məni işlədiyim universitetə şikayət etməklə hədələyirlər. Bunların nə normal dialoq aparmaq qabliyyəti, nə də demokratik təfəkkürü də yoxdur, hesab edirlər ki, ABŞ Universitetində işləyib, ölkə prezidentinə qarşı çıxa bilmərəm. Belə getsə işimiz çox çətin olacaq” – Q.İbadoğlu bildirib.

Facebook Comments