“Bayden Türkiyənin ciddi reaksiya verməyəcəyinə arxayındır” – Elşən Əlisoy

ABŞ prezidentinin qondarma ‘erməni soyqrımını”, “soyqrım” olaraq ifadə etməsi Türkiyədə olduğu kimi Azərbaycandada əks səda verib. Əksər politoloqlar Baydenin “soyqrım” sözünü işlətməsini erməni lobbisinin gücü kimi dəyərləndirirlər. Məncə , erməni lobbisinin gücü ABŞ kimi bir dövlətin siyasətini müəyyənləşdirməyə çatmaz. C.Baydenin “soyqrım” sözünü işlətməsi Turkiyə-Rusiya, Türkiyə -Çin yaxınlaşmasına cavabdır. ABŞ Türkiyənin Rusiya ilə Çinlə və İranla bir yerdə olmasını istəmir . Bununla bağlı Baydendən öncə Trampın da bəyanatları var.

Bayden Türkiyənin ciddi reaksiya verməyəcəyinə də arxayındır. Çünki Bayden də, Ərdoğan ailəsinin mal varlığının Türkiyəyə qarşı istifadə olunan vasitə olduğunu gözəl bilir. Necə ki, Tramp bundan istifadə edərək, “cəsus keşiş” Krayqin Brunsonu azad edə bilmisidr. Bundan başqa , “soyqrım” sözünü işlətməklə Bayden Rusiyadan uzaqlaşmağa çalışan Paşinyan hakimiyyətinə dəstək verdi. Bu: “ABŞ Ermənistanın yanındadır” mesajıdır. Baydenin “soyqrım” ifadəsi işlətməsi ABŞ -ın qondarma soyqırımı tanıması demək deyil. Bu cür qərarları prezident yox, parlament verir.

Baydenin diktatorlarla mübarizə məsələsinə gəlincə: bəli, Bayden diktatorlarla mübarizə aparacaq! Aparır da…

ABŞ özü də bilir ki, soyqrım deyilən bir şey olmayıb. “Soyqrım” əslində həm də ABŞ -ın kağız üzərindəki qurama təzyiq vasitəsi – özünün “əsəridir”. Baydenin saxta soyqrımı tanınmasını qınamaq lazımdır. Türkiyə ilə Azərbaycan bu məsələdə həmrəy olmalıdır. Ancaq bir şeyi də unutmlı deyilik ki, Bizim ən böyük və ən əli qanlı düşmənimiz Rusiyadır. Turkiyə- Rusiya yaxınlaşması bizi Türkiyəyə tərəf çəkmir, əksinə sürətlə Rusiyanın qucağına atır.

Elşən Əlisoy

Facebook Comments