Ağsuda şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı təşkilat təsis edildi

Ağsu rayonunda “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” adlı ictimai birlik təsis edilib.
Ağsu rayonunda ictima fəalların təşəbbüsü ilə “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi təsis edilib. Bu barədə məlumat verən təşkilatın sədri Elşən Əlisoy uzun illərdir ki, gördükləri faydalı işlərin hüquqi bir təşkilat formasında davam etməyə qərar verdiklərini deyib: “Biz dostlarımızla birgə uzun illərdir ki, şəhid ailələrinin və Qarabağ qazilərimizin üzləşdikləri müəyyən hüquqi və sosial problemlərinin müdafiəsi ilə bağlı imkanımız və gücümüz çatan qədər faydalı işlər görmüşük. Artıq qərara gəldik ki, gördüklərimiz işlərin daha geniş formada həyata keçməsi üçün bir təşkilat quraq. 15.04.2017-ci ildə “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyini təsis etdik. Bir neçə gün idi ki, təşkilatımızı Ədiliyyə Nazirliyindən qeydiyyatdan keçirmək üçün bəzi sənədlərimizi hazırlayırdıq. Artıq işlərimiz yekunlaşmaq üzrədir, yaxın günlərdə qeydiyyat üçün nazirliyə müraciət edəcəyik”.

Təşkilatın görəcəyi işlər barədə məlumat verən Elşən Əlisoy onu da qeyd elədi ki, təşkilatın fəaliyyəti şəhid ailələri və Qarabağ qazilərinə hüquqi və sosial dəstəklə verməklə bitməyəcək. Təşkilat həm də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması və gənclərin vətənpərvər ruhunun yüksəldilməsi yönündə də layihələr təqdim edəcək.

Anar Rəsullu

Facebook Comments