Pakistanda otel yaxınlığında baş vermiş partlayış zamanı 3 nəfər ölüb

Pakistanın Bəlucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhərində otel parkında baş verən partlayış nəticəsində azı üç nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Sozcu.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Dawn” nəşri xəbər yayıb.

Məlumata görə, iki yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.apa

Facebook Comments