Urmu gölü 5 ilə quruya bilər-Bərpa Mərkəzinin məsulu xəbərdarlıq etdi

Urmu gölü sürətlə quruyur. ​​​​​​​Bu barədə gölün Reabilitasiyası Mərkəzinin məsulu Məsud Təcrişi xəbərdarlıq edib.

Məsud Təcrişi Enerji Nazirliyi və başqa əlaqədar qurumları gölə ayrılmalı olan suyun buraxılmasına icazə vermədiklərini bildirib.

“Gölə ayrılmalı olan illik su payının buraxılmadığını biləndə Enerji naziri, su hövzələri idarəsinin direktoru və nazir müavininə məktubla müraciət etdik. Onlar isə cavab olaraq “yağıntı azdır” yazdılar”- deyə, Təcrişi aprelin 20-də Təbrizin “Azaranjoman” xəbər saytına açıqlamasında bildirib.

O, bu barədə qanunun çox şəffaf olduğunu, ancaq Enerji Nazirliyi və başqa əlaqədar qurumların öz öhdəliklərini yerinə yetirmədiklərini və gölə suyun buraxılmasının qarşısını aldıqlarını qeyd edib.

Məsud Təcrişi bildirib ki, hər il gölün suyunun ortalama 80 santimetri buxarlanır. Su payı gölə buraxılmadıqda buxarlanan miqdarın yalnız üçdə biri (3/1) gölə geri dönəcək və təxminən gölün su səviyyəsindən 20 santimetr azalacaq. Bu prosesin 5 il davam etməsi isə gölün məhvinə gətirib çıxaracaq.

Facebook Comments