“Ordumuz 5-ci nəsil müharibəsi aparmağa qadirdir”

Fərəc Quliyev: “44 günlük Vətən müharibəsi bunu əyani surətdə dünyaya göstərdi”

“Yeni açılan Hərbi Qənimətlər Parkı Azərbaycan ordusunun gücünün, qüdrətinin təzahürüdür. Bu park və orada nümayiş olunan hərbi qənimətlər göstərir ki, biz dünyanın ən güclü ordularıdnna birini qurmuşuq”.

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili Fərəc Quliyev bildirib. Fərəc Quliyev qeyd edib ki, hərbçilərimiz 44 günlük Vətən müharibəsindəki şanlı qalibiyyəti ilə sübut etdi ki, ordumuz 5-ci nəsil müharibəsi aparmağa qadirdir:

“44 günlük Vətən müharibəsi və bu müharibədə ordumuzun əldə etdiyi şanlı qalibiyyət göstərdi ki, bizim 5-ci nəsil müharibəsi aparmağa qadir ordumuz var. Bu gün Azərbaycan ordusu dünyanı ən güclü orduları sırasındadır və onun Vətən müharibəsindəki peşəkarlığı, nümayiş etdirdiyi taktika və strategiya, müasir texnologiyalardan real döyüş şrəaitində effektiv istifadə bacarığı ən qabaqcıl dövlətlər tərəfindən də öyrənilməkdədir.

Bu, həm də o deməkdir ki, Azərbaycan bölgədə söz sahibidir və onun razılığı olmadan bölgədə hər hansı ciddi addım atıla bilməz. Hansı ki, bütün bölgə dövlətləri, o cümlədən bölgədə marağı olan qüvvələr bu reallıqla barışmağa məcburdurlar”.

Facebook Comments