Mais Bərxudarovun doğum günüdür

Bu gün 44 günlük Vətən müharibəsində ölkə başçısı İlham Əliyev tərəfindən ən çox medalla təltif edilən, general-mayor, birlik komandiri Mais Bərxudarovun doğum günüdür.

Sozcu.az xəbər verir ki, 45 yaşı tamam olan general Azərbaycanın müzəffər ordusunun ötən ilin oktyabrın 26-da düşmən işğalından azad etdiyi Qubadlı şəhərində anadan olub. General Bərxudarov torpaqlarımızın işğal altında olduğu zamanlarda etdiyi bütün çıxışlarında müqəddəs bayrağımızın doğma torpaqlarımızda dalğalanacağını böyük əminliklə ifadə etmişdi.

“Doğma yerlərimiz, qəbirlərimiz ziyarət olunacaq!” deyən generalın arzusu onun kimi zabitlərin və Azərbaycan ordusunun şanlı əsgərlərinin sayəsində artıq bir müddətdir ki, reallığa çevrilib. Anadan olduğu Qubadlı şəhərində 28 il öz doğum gününü qeyd edə bilməyən general artıq ad günlərini öz yurdunda qarşılaya bilir.

General Bərxudarov Vətən müharibəsində Şuşanın, Qubadlının, Xocəvəndin, Zəngilanın, Füzulinin, Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Bundan başqa, o, “Qarabağ” ordeninə də layiq görülüb.

Ötən ilin oktyabrın 4-də müharibənin gedişatında Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Birlik komandirləri – general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik etmişdi.

Facebook Comments