Ərkan Özoral Azərbaycandan getdi

Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral Bakını tərk edib.

Sozcu.az xəbər verir ki, diplomat bu gün ölkəsinə qayıdıb.

Ə.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti aprel ayında başa çatıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahid Bağçı Azərbaycana səfir təyin olunub.

Yeni səfirin növbəti həftədə Azərbaycana gələcəyi gözlənilir.

Facebook Comments