İbrahim 323 min təzminat tələb edir

Sonuncu dəfə “Doğduğun ev kaderindir” serialında rol alan aktyor İbrahim Çelikkol “Endemol Medya” şirkətini ikinci dəfə məhkəməyə verib.

Sozcu.az xəbər verir ki, aktyor rol aldığı “Kördüğüm” serialının xaricə satışından yetəri qədər qonorar almadığını bildirib. İbrahim yenidən vəsatət qaldıraraq ona çatacaq payın 190 min dollar (təxminən 323 min manat) olduğunu bəyan edib və məsələnin məhkəmə tərəfindən araşdırılmasını tələb edib.

Qeyd edək ki, şirkət ekran işinin xaricə satışından 4 milyon dollar qazanıb. Çelikkol 2018-ci ildə isə “Endemol Medya”dan 167 min TL təzminat (təxminən 35 min 353 manat) almışdı.axşam.az

Facebook Comments