“İftar süfrələrinə veriləcək məbləği şəhid ailələrinə, qazilərə xərcləsinlər”

“Özümüz kimi başqalarını da bəlalardan qorumağın borcumuz olduğunu bilərək iftar süfrələrində kütləvilikdən qəti çəkinməyi tövsiyə edirik…”

“Möminlərimizə koronavirus pandemiyasını nəzərə alaraq, hər birimizin sağlamlığının Allahın əmanəti olduğunu və özümüz kimi başqalarını da bəlalardan qorumağın borcumuz olduğunu bilərək iftar süfrələrində kütləvilikdən qəti çəkinməyi tövsiyə edirik. Yəni, bu tədbirləri yalnız ailə üzvləri çərçivəsində keçirmək daha məqsədəuyğundur”.

Bu Ramazan tövsiyəsini Moderator.az-a açıqlamasında xalqımızı müqəddəs ayın başlanması münasibətilə təbrik edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Qazilər Şurasının üzvü Hacı Fuad Nurullayev verib.

“Əgər kiminsə əlavə imkanı varsa və iftar süfrələri təşkil etmək niyyəti olubsa, buna çəkiləcək xərcləri şəhid ailələrinə, qazilərin müalicəsinə, onların ailələrinə, eləcə də imkansız, kimsəsiz, yoxsul insanlara xərcləmək və böyük savab əldə etmək məsləhət görülür”- deyə Şeyxülislamın müavini vurğulayıb.

Facebook Comments