“Baku Steel Company”də baş verən qəza ilə bağlı AÇIQLAMA

“Baku Steel Company” MMC-nin əritmə sexində qəza baş verib.

Sozcu.az xəbər verir ki, aprel ayının 12-dən 13-nə keçən gecə baş verən hadisə nəticəsində xəsarət alan olmayıb.

MMC-dən bildirilib ki, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb:

“İstehsalatın təhlükəsizliyinin təmin olunması müəssisə rəhbərliyi üçün ən önəmli və prioritet məqsəddir. Bu baxımdan təhlükəsizlik tələblərinə tam əməl olunmaqla, zavod fəaliyyətini normal qaydada davam etdirir”.

Facebook Comments