Səhhətinə görə Türkiyəyə gedən Vahid Əhmədov DANIŞDI: “Müalicə davam edir”

Hazırda Türkiyədə müalicə alan Milli Məclisin deputatı Vahid Əhmədovun səhhəti normaldır.

Sozcu.az xəbər verir ki, bu barədə Modern.az-a deputat özü bildirib.

Parlamentari hazırda müalicə prosesinin davam etdirildiyini deyib:

“Yaxşıyam, müalicə gedir. Mənə görə narahat olan hər kəsə salamlarımı çatdırın”.

V.Əhəmədov müalicə başa çatdıqdan sonra Azərbaycana qayıdacağını deyib.

Qeyd edək ki, V.Əhmədov aprelin 5-də səhhətində yaranmış problemlə bağlı Türkiyəyə gedib.

Facebook Comments