Türkiyənin ölkəmizə təyin olunan yeni səfirindən ilk açıqlama

Prezidentimizin qərarı ilə Türkiyə Maarif Fondunun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş ölkə Azərbaycana səfir təyin olundum.

Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Cahid Bağçı Tvitterdə yazıb.

“Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezidentimizə təşəkkürlərimi bildirirəm”, – səfir bildirib.

Cahit Bağçı daha sonra bu vəzifəyə təyin olunmasına dəstək verdiyi üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkür edib:

“Əsaslı dostluq və qardaşlıq ruhu, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin”.

Xatırladaq ki, aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Azərbaycana yeni səfir təyin edib.

Facebook Comments