Donbasda gərginlik artır: Milli Gerasimova zəng etdi

Rusiyanın Donbasla sərhədə hərbçilərini yığması xəbərinin yayılmasından dərhal sonra ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli Rusiya Baş Qərargah rəisi Valeri Gerasimova zəng edib.

Sozcu.az xəbər verir ki, bu məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Nazirlik telefon danışığında nələrin müzakirə edildiyini açıqlamayıb.

Millinin, həmçinin Ukrayna ordusunun komandanı Ruslan Xomçaka da zəng etdiyi bildirilib.

Qeyd edək ki, bundan öncə Pentaqon Rusiya ordusunun Ukrayna sərhədinə yığılması xəbərindən məlumatlı olduğunu və bununla bağlı NATO-dakı müttəfiqləri ilə danışıqlar apardığını bildirmişdi.

Facebook Comments