İstanbulda atışma: azərbaycanlı öldürüldü – Anbaan video

31 Mart axşamı İstanbulun Başakşehir məhəlləsində, küçənin ortasında iki silahlı qrup arasında atışma baş verib.

Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Türkiyə mediası yayıb.

Mənbə yazır ki, atışma nəticəsində bir Azərbaycan vətəndaşı da daxil olmaqla 3 nəfər ölüb, 1 suriyalı yaralanıb.

Hadisə yerli vaxtla saat 18.00 radələrində baş verib. Hamısı xarici vətəndaş olan altı kişi arasında əvvəlcə şifahi bir qarşıdurma olub, sonra silahdan istifadə edilib.

İki Çeçen – Rusiya vətəndaşı Z.N. və S.Y. aldığı güllə yarasından hadisə yerində ölüb. Azərbaycan vətəndaşı R.R. yaralanıb və xəstəxanaya aparılıb, ancaq orada ölüb. Suriyalılardan birinin də ağır yaralandığı və reanimasiyada olduğu bildirilir.

Atışmanın bəzi maliyyə problemlərinə görə baş verdiyi, atışmada Suriyalı yaralıların yanında olan bir Gürcüstan vətəndaşı da daxil olmaqla 3 nəfərin qaçdığı məlumdur. Hazırda polis onları axtarır.

Hüquq-mühafizə qüvvələri öldürülən çeçenlərlə eyni qrupda olan və hadisə yerindən qaça bilməyən üç şübhəlini artıq saxlayıb.

Hadisə insanların çox toplandığı yerdə baş verib və bəziləri baş verənləri mobil telefonlarında lentə alıb.

Facebook Comments