ABŞ Rusiyanı cənubdan bloklamaq üçün… – Analitik

ABŞ hakimiyyəti Əfqanıstandan qoşunlarını çıxarmağa tələsməyəcək, çünki ABŞ-ın burada hərbi mövcudluğunu saxlaması Rusiya və Çinin qarşısının alınması üçün strateji baxımdan önəmlidir.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin keçmiş analitiki Karen Kvyatkovski deyib.

“Rusiya və Çini enerji bazarlarına girişdən və onlara nəzarətdən məhrum etmək, eləcə də Rusiyanın cənub sərhədlərində müttəfiqlər axtartmaq məqsədiylə ABŞ yenidən Talibanla əməkdaşlığa hazırdır. Qoşunların çıxarılmasının uzadılması Vaşinqtona imkan verəcək ki, Talibana dəstək göstərib, hədəflərinə çatsın”, – deyə o bildirib.axar.az

Facebook Comments