Soylu bəyan etdi: Məhv edilən terrorçulardan 2-si…

Türkiyə hərbi hava qüvvələrinin Mardində həyata keçirdiyi əməliyyatda 6 terrorçu məhv edilib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu məlumat yayıb.

O qeyd edib ki, məhv edilən terrorçulardan ikisi “qırmızı” və “narıncı” siyahılarda olub. “Qırmızı” siyahıda olan şəxs PKK-nın Mardin üzrə təmsilçisi Həsən Mahmudidir.

“Narıncı” siyahıda olan şəxsin isə “Reber Koşər” ləqəbli Teyyub Çam olduğu vurğulanıb.

Facebook Comments