Laçından gediş-gəlişlərinə şərait yaratdığımıza görə Ermənistandan rəsmi “təşəkkür” də gəldi…

“Azərbaycan Laçın dəhlizi ilə Dağlıq Qarabağa humanitar yardımın çatdırılmasına mane olur”.

Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, bunu insan haqları(?) üzrə Ermənistan-AB Dialoqunun onlayn keçirilmiş 11-ci iclasında qəsbkar ölkənin Xarici İşlər nazirinin müavini Avet Adonts söyləyib.

İclasa aidiyyəti qurumların nümayəndələri və Ermənistanın üzdəniraq ombudsmanı Arman Tatoyanla yanaşı, AB-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi Eymon Gilmor də qatılıb.

P.S. Bu, Ermənistan hökumətinin 5 aya yaxındır nəinki Laçın dəhlizini, eyni zamanda işğalçı ölkə ilə sərhəd-keçid məntəqəsini də Rusiyanın nəzarətinə verməklə ermənilərin Qarabağa faktiki olaraq maneəsiz gediş-gəlişinə şərait yaratmağımıza görə özünəməxsus təşəkkürüdür…

Sultan Laçın

Facebook Comments