“Türkiyə dəyər verdiyimiz müttəfiqdir” – ABŞ-ın dövlət katibi

“Türkiyə uzun bir keçmişimiz olan və dəyər verdiyimiz müttəfiqdir”.

Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“Türkiyənin NATO ilə əlaqələrinin davam etməsi hamımızın xeyrinədir. ABŞ və NATO Türkiyəni özündən uzaqlaşdırmaq deyil, əksinə daha yaxın olmağı planlaşdırır”, – o vurğulayıb.

E.Blinken eyni zamanda bildirib ki, bəzi məsələlərlə bağlı Vaşinqtonla Ankara arasında fikir müxtəlifliyi var.

Facebook Comments