XİN: Azərbaycan və Pakistan yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinə malikdir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistan Günü münasibətilə Pakistan xalqını təbrik edib.

Sozcu.az-ın xəbərinə görə, bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“Pakistan Günü münasibətilə qardaş Pakistan xalqına davamlı sülh, inkişaf və rifah üçün ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Pakistan ortaq inanc və irsin möhkəm təməlləri üzərində qurulmuş yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinə malikdir”, – deyə qeyd olunub.

Facebook Comments