Tayvanda iki qırıcı qəzaya düşdü

Tayvan Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd F-5E yüngül qırıcısı qəzaya uğrayıb.

Sozcu.az xəbər verir ki, bu barədə Tayvanın mərkəzi informasiya agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə təlim-məşq uçuşu zamanı baş verib. Havaya qalxan 4 qırıcının ikisi bir müddət sonra radarlardan itib. Qəza nəticəsində pilotlardan biri həlak olub. Digər təyyarənin pilotunun itkin düşdüyü bildirilir.

Facebook Comments