Rusiya Bolqarıstana eyni cavabı verəcək – Cabarov

Bolqarıstan rus diplomatları qovmaq qərarına gəlsə, Rusiya da onlara eyni cavabı verəcək.

Sozcu.az xəbər verir ki, bunu rusiyalı senator Vladimir Cabarov deyib.

Bolqarıstanın ittihamlarının heç bir əsası olmadığını bildirən senator diplomatların qovulma ehtimalını bu ölkənin dostanə olmayan hərəkəti kimi qiymətləndirib.

Qeyd edək ki, Sofiyada Rusiyaya casusluqda şübhəli bilinən bir neçə nəfərin həbs edilməsindən sonra Bolqarıstan Prezidenti Boyko Borisov Rusiyanın ölkədəki diplomatlarının arzuolunmaz şəxs elan ediləcəyini bildirib.

Facebook Comments