PA Müsavat rəhbərliyini Ağdama səfər üçün dəvət etsə də, partiya imtina edib

“Müsavat Partiyası Azərbaycanın taleyüklü məsələlərində hər zaman dövlətin və ordunun yanında olsa da, belə tədbirlərin təşkili zamanı özünün fərdi münasibətini ortaya qoyur”.

Sozcu.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib.

Başqan müavini bildirib ki, Müsavat partiyası həmin 50 partiyanın siyahısında olmadığını əvvəlcədən elan edib: “Partiyanın həm 44 günlük müharibə dövründə, həm də ondan sonra hər zaman özünün müstəqil xətti olub. Bu səbəbdən partiya rəhbərlərinin Ağdama səfərində iştirak etməmişik. Səhv etmirəmsə, tədbirdə iştirak üçün dəvət almışdıq”.

Qeyd: Ötən gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri işğaldan azad edilən Ağdam şəhərinə səfər ediblər. Səfəri Prezident Administrasiyası təşkil edib.

Facebook Comments