Berlin Krıma geri qaytaracaq? Necə? – Nebenzya

Almaniyanın Krımı Ukraynaya qaytarmağa yardım edəcəyinə şübhə edirəm.

Sozcu.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Xəbərlərdən oxudum: ukraynalı səfir deyir ki, Krımı Ukraynaya qaytarmaq Almaniyanın borcudur. Düşünürəm ki, siz ciddi şəkildə buna baxmalısınız. Bilmək istərdim ki, o, nəyi nəzərdə tuturdu və nəyi sizdən tələb edirdi. Onların bu məsələdə uğurlu olacağına şübhə edirəm”, – deyə diplomat bildirib.

Qeyd edək ki, Ukraynanın Berlindəki səfiri Andrey Melnik Krımı Ukraynaya qaytarmaqda Almaniyanın yardım etməli olduğunu söyləmişdi.

Səfir əlavə edib ki, bu, Almaniyanın nasist istibdadından dolayı Ukrayna qarşısında əbədi tarixi məsuliyyətindən irəli gələn mənəvi borcudur.

Facebook Comments