Keysuke Honda Bakıda!

Yaponiya millisinin sabiq futbolçusu Keysuke Honda bu gün səhər Bakıya gəlib.

Sozcu.az xəbər verir ki, təcrübəli futbolçunu hava limanında “Neftçi”nin nümayəndələri və bir qrup azarkeş qarşılayıb.

Bu gün 34 yaşlı futbolçu ilə müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, Honda karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva, Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya), “Vitess” (Niderland) və “Botafoqo”da (Braziliya) çıxış edib.qol

Facebook Comments