Bakı aeroportunda şillə yeyən erməni Azərbaycanı müharibə ilə hədələdi…

“Helsinki Təşəbbüsü – 92” komitəsinin koordinatoru, Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri, erməni Karen Ohancanyanın adı çəkiləndə, ilk olaraq ona Bakı aeroportunda vurulan şillə yada düşür.

Bəri başdan deyək ki, bu şillə məsələsini qəbul etmirik, yanlış hərəkət olduğunu vurğulayırıq.

Karen Ohancanyan bu günlərdə erməni mediası “ru.1in.am” saytına müsahibə verib. Hadrut rayonunun və Şuşa şəhərinin azad olunmasını Azərbaycan tərəfdən “işğal” kimi dəyərləndirən Ohancanyan “işğal faktı”nın dünyaya yayılmasını və bunun beynəlxalq hökümətlərarası institutlar tərəfindən tanınmasının vacibliyini vurğulayıb. Eyni zamanda əlavə edib ki, Azərbaycan “bu əraziləri könüllü olaraq qaytarmalı, əks halda bu erməni millətinin ləyaqətinin təhqiri rolunu oynayaraq bumeranq effekti yaradacaq və bu ərazilərin geri qaytarılması naminə başqa bir müharibə başlanacaq”.

“Ərazilərin geri qaytarılması” üçün bizi müharibə ilə hədələyən Karen Ohancanyan beynəlxalq sülh mükafatları laureatıdır. Erməni təsəvvüründə sülh Azərbaycan torpaqlarının separatçılara hədiyyə edilməsidir. Bu “beynəlxalq sülh mükafatçısı” beynəlxalq hüquqa hörmət etsəydi, Qarabağ ermənilərinə səslənməliydi ki, Azərbaycan ərazi bütövlüyünü gec-tez bərpa edəcək, ona görə də yaxşı olar ki, Azərbaycan vətəndaşlığını qəbul edib normal, təhlükəsiz həyata başlayın.

Görünür, şillə Karenin yadından çıxmayıb…(moderator)

Facebook Comments