Qarabağda Rusiyanın mobil operatoru fəaliyyətə başladı – Foto

Rusiyanın MTS şirkətinin Ermənistandakı törəməsi sayılan MTS-Armenia Qarabağda fəaliyyətə başlayıb.

Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, şirkətin Dağlıq Qarabağdakı tarifləri Ermənistanla eyni qiymətə malikdir. MTS-in mobil xidmətindən Rusiyanın sülhməramlı kontingenti ilə yanaşı, bölgədəki sakinlər də yararlanır.

Mobil xidmətin satış nöqtələri Xankəndi şəhərində təşkil olunub. Burada 2G və 3G ilə yanaşı, yüksək sürətə malik 4G şəbəkəsindən də yararlanmaq mümkündür. /Modern.az

Facebook Comments