“Laçın dəhlizi ilə bağlı mürəkkəb vəziyyət yaranıb” – 10 noyabr razılaşması tamamilə pozula bilər

“Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyəti indiki şərtlər daxilində davam edəcəksə, birbaşa Ermənitanla bu istiqamətdə işləri həyata keçirəcəklərsə, Azərbaycan iki ildən sonra sülhməramlı qüvvələrin çıxarılmasını tələb edə bilər. Konkret olaraq Laçın dəhlizi ilə bağlı mürəkkəb vəziyyət yaranıb. Bu dəhliz vasitəsilə Ermənistan rəsmilərinin Qarabağa girişi və silahlı erməni birləşmələrinin lojistikası, həmçinin canlı qüvvə ilə təmini həyata keçirilir. Bu, 10 noyabr razılaşmasına zidd olaraq sülhməramlı qüvvələr tərəfindən pozulur”.

Sozcu.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq Rusiyanın Bəyənnamədəki əsas maddələri təmin etmədiyini vurğulayıb:

“Artıq bura kommunikasiyaların açılmasını da qeyd etmək olar. Naxçıvanla Azərbaycanın birbaşa əlaqəsini təmin edən “Mehri” dəhlizi ilə bağlı danışıqlardan Yerevan yayınır. Bu, Ermənistan daxilində siyasi proseslərdən qaynaqlanır. Belə çıxır ki, Ermənistan daxilində gərgin vəziyyətə görə kommunikasiyalar açılmırsa, revanşist Kocaryan-Sarkisyan tandemi hakimiyyətə gələrsə, 10 noyabr razılaşması tamamilə pozula bilər. Əgər, Rusiya bu məsələləri həll etmirsə, demək revanşistlər hakimiyyəti qəsb etsələr, tamamilə 10 noyabr və 11 Yanvar razılaşmalarının Ermənistan tərəfindən pozulmasına seyrçi qalacaq. Ona görə də birmənalı olaraq Azərbaycan artıq növbəti ildən Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasını tələb etməlidir.

Azərbaycan Türkiyə və Pakistanla hərbi ittifaq yaratmaqla Moskvanın bütün təzyiqlərini neytrallaşdırılacaq. Qeyd edim ki, prezident İlham Əliyev Sülhməramlıların fəaliyyətindən narazılığını bir neçə dəfə elan etməklə, onların çıxarılmasınıa zəmin yaradır”.yenisabah

Facebook Comments