Mədəni fəal müvəqqəti azadlığa buraxılıb

O, martın 4-də Ərdəbilin “Şam Əsbi” zindanının müvəqqəti istintaq təcridxanasına köçürülmüşdür.

Ərdəbildə yaşayan güneyli mədəni fəal, Traxtur Futbol Komandasının Ərdəbil tərəfdarlarının başçılarından olan Saman Bidar martın 8-də 50 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Məhkəmənin ilkin mərhələsində azərbaycanlı mədəni fəala qarşı “İran İslam Respublikası sisteminə qarşı təbliğat” ittihamı irəli sürülüb.

S.Bidar 28 fevral tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılmış, iki gün təhlükəsizlik idarəsinin təcridxanasında dindirildikdən sonra Ərdəbil həbsxanasına köçürülmüşdür.

Saxlanılandan bir gün sonra, fevralın 29-da Ərdəbil İnqilab Məhkəməsinin 9-cü istintaq şöbəsində ona ittihamının “İran İslam Respublikası sisteminə qarşı təbliğat” olduğu bildirimişdir.

Son illər azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər dahada şiddətlənib. Hazırda Saman qondarma ittihamlarla mühakimə olunan Abbas Lisani, Mehrdad Şeyxi, Əli Vasiqi, Rza Vasiqi, Yusif Kari Ərdəbil həbsxanasında həbs cəzası çəkirlər.

Facebook Comments