“Mübariz Mənsimov hər iki ölkə üçün yararlı insandır…”

“Mən bilirəm ki, ona ictimai münasibət müsbətdir. Onun xeyriyyəçiliyi haqqında çoxlu məlumatlar var”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib. A.Əliyev iş adamı M.Mənsimova cəmiyyətdə də münasibətlərin müsbət olduğunu bildirib:

“Mübariz bəyin fəaliyyəti ilə bağlı nə varsa, hamı kimi mən də bunları mətbuatdan oxumuşam. Bildiyim qədəriylə onun əvvəl də belə konfiliktləri olmuşdu. Xüsusilə SOCAR-la onun bir neçə məhkəmə işləri oldu. M.Mənsimovun həbsi siyasi motivli idi. Bununla bağlı Mübariz bəyin həm Azərbaycan, həm də Türkiyə prezidentinə özünün məktubları da var idi.

Mən bilirəm ki, ona ictimai münasibət müsbətdir. Onun xeyriyyəçiliyi haqqında çoxlu məlumatlar var. Mübariz bəyin azadlığa çıxmasını ümid edənlər də çoxdur. Allah hamının qapısını açsın. Mənə elə gəlir ki, Mübariz Mənsimov həm Azərbaycan, həm də Türkiyə üçün yararlı insandır. Hər halda yəqin ki, sağlamlığı da, hüquqi statusu da imkan verəcək ki, o, bundan sonra da öz fəaliyyətini davam etdirsin”.

Qeyd edək ki, bu gün iş adamı Mübariz Mənsimovun İstanbul Ədalət Sarayında növbəti məhkəmə prosesi keçirilib. M.Mənsimov 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Facebook Comments