Ziya Məmmədovun qardaşı prorektor təyin olundu

Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin olunub.

Sozcu.az xəbər verir ki,bu barədə BAKU.WS-ə açıqlamasında ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev deyib.
Onun sözlərinə görə, Elton Məmmədov uzun müddətdir ki, Azərbaycan Texniki Universitetində çalışır. Bir saat əvvəl rektor əvəzləyicisi professor Xalıq Yahudov Elton Məmmədovu Azərbaycan Texniki Universitetinin strateji inkişaf üzrə prorektoru təyin edib.