Azərbaycan Premyer Liqasında mövsümə yekun vuruldu

Bu gün Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünə yekun vurulub.

Sozcu.az xəbər verir ki, son turun bütün oyunları eyni gündə keçirilib.

Turun mərkəzi görüşündə ardıcıl altıncı çempionluğu ötən tur rəsmiləşdirən “Qarabağ” gümüş mükafatçı “Neftçi” ilə qarşılaşıb. Görüş Ağdam klubunun qələbəsi ilə başa çatıb.

11 may (şənbə)

18:00. “Neftçi” – “Qarabağ” – 2:3
Qollar: M. Mədətov, 15 (0:1), E. Mahmudov, 38-penalti (1:1), C. Sansone, 40 (2:1), M. Mədətov, 64 (2:2), R. Almeyda, 90 (2:3)
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
“Bakcell Arena”

15:00. “Səbail” – “Keşlə” – 1:4
Qollar: Andre Klenon, 7 (0:1), Edvinas Girdvainis, 36 (0:2), Samir Məsimov, 45 (0:3), Oke Akpoveta, 53 (1:3), Conatan Ayite, 73 (1:4)
Qırmızı vərəqə: Edvinas Girdvainis, 73 (“Keşlə”)
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
“ASCO Arena”

16:00. “Sabah” – “Zirə” – 0:3
Qol: Rodrigez, 38, Nqalande, 69, Rodrigez, 80
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
“Əlincə Arena”

16:00. “Sumqayıt” – “Qəbələ” – 1:0
Qol: Ülvi İsgəndərov, 68
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən
“Kapital Bank Arena”