9 yaşlı qızın köməyə ehtiyacı var – Foto

Kəskin leykoz diaqnozu qoyulan 9 yaşlı Asiman Ağayevanın ailəsinin maddi imkanı çatmadığı üçün müalicəni dayandırmaq məcburiyyətindədirlər.

Sozcu.az xəbər verir ki, Bu barədə Axar.az-a A.Ağayevanın anası Elnarə Ağayeva deyib. O bildirib ki, Asiman Ağayeva hazırda Talassemiya Mərkəzində müalicə alır:

“Qəbələ rayonunun Məmmədağalı kəndindənik. Bakıya qızımın müalicəsi üçün gəlmişik. Asiman indi Talassemiya Mərkəzində müalicə alır. Bu günə qədər gücüm çatdığı qədər borcla da olsa, qızımı müalicə etdirdim. Amma artıq maddi imkanım müalicəni davam etdirməyə çatmır. Buna görə bir çox yerlərə müraciət etdim. Əgər Talassemiya Mərkəzində xərcləri ödəməsək, müalicə yarımçıq qalacaq. Xahiş edirəm, imkan daxilində mənə kömək etsinlər”.

Facebook Comments