Türkiyədən xəbərdarlıq: 2-ci gəmini göndəririk!

Kiprdə türk xalqının da haqları var.

Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu qırğız həmkarı Çingiz Ayderbekovla görüşündən sonra mətbuat konfransı zamanı söyləyib.

“BMT Baş katibi nə deyir? Kiprdəki ehtiyatları hər iki tərəf bölüşməlidir. Yəni türk xalqının da burada haqqı var. Biz beynəlxalq hüquqa uyğun hərəkət edirik. Biz qitədə, istədiyimiz yerdə qazma-kəşfiyyat işləri apara bilərik. Türkiyə olaraq vəzifəmiz Kiprin türk xalqının mənafeyini qorumaqdır. Artıq seysmik araşdırmalar bitib. Qazma işlərinə başlayırıq. 2-ci gəmimizi də əraziyə göndəririk”, – deyə XİN rəhbəri bildirib.(Axar.az)